Sen 10, 2020 08:56 Asia/Baku
  • Hizbullah ABŞ-ın Livanın 2 sabiq nazirinə qarşı sanksiyalarını pisləyib

ivan Hizbullahı bir bəyanatda Amerikanın həmin ölkənin iki sabiq nazirinə qarşı sanksiyalarını pisləyib.

Səhər Azəri xəbər verir ki, bəyanatda deyilir: Bu qəddarcasına qərar/ pak və sadiq şəxslər, həmçinin Amerikanın müqavimətdə və ya müqaviməti himayə etməkdə ittiham etdiyi bütün kəslər üçün fəxri medaldır.

Bəyanatda sonra deyilir: Amerika sanksiya siyasəti ilə Livandakı hədəflərini reallaşdıra bilməz.

Tramp hökuməti Hizbullaha qarşı düşmənçilik siyasətlərinin davamında Livanın keçmiş nəqliyyat və maliyyə nazirləri Yusif Fənyanus və Əli Həsən Xəlilin adlarını öz sanksiyalar siyahısına salıbdır.

Vaşinqton Hizbullahın Livandakı reytinqini aşağı salmaq üzrə səyləri istiqamətində livanlı şəxsiyyətləri və bankları bu qrupla əlaqədə olmaq ittihamı ilə öz sanksiyalar siyahısına daxil edibdir.

Teqlər