Sen 12, 2020 21:26 Asia/Baku
  • Hizbullah: Bu, Fələstin xalqına arxadan vurulan zərbədir

Hizbullah Fələstin torpaqlarının tam şəkildə azad edilməsinə sadiq və işğalçı İsrail rejimi ilə istənilən əlaqəyə qarşı olduğunu vurğuladı.

Səhər Azəri bildirir ki, Livan Hizbullahı bir bəyanat yayaraq, Bəhreyn hakimiyyətinin işğalçı İsrail rejimini rəsmən tanıması və bu rejim ilə diplomatik əlaqələr qurmasını kəksin formada tənqid edib. 

Livan Hizbullahı öz bəyanatında bunu böyük xəyanət və Fələstinə arxadan vurulan zərbə adlandırıb: 

"Bəhreyn rejiminin bu hərəkəti, öz millətlərinə xəyanət edən muzdur rejimlərin düşmən ilə gizli əlaqələrini aşkar müstəviyə çıxartmaları mərhələsinə start verildiyindən xəbər verir. Bu irticaçı və cinayətkar rejimlərin sionist düşmən ilə diplomatik əlaqələrin qurulmasını əsaslandırmaq üçün irəli sürdükləri bütün iddialar yol verdikləri "böyük xəyanət" və Fələstin xalqının kürəyinə sapladıqları xəncəri heç bir vəchlə əsaslandırmır. Azad xalqlar və müqavimət qrupları Əmirliklər və Bəhreyn başçılarının xəyanətkarlığını cavabsız qoymayacaqlar. Və heç şübhəsiz qələbə onların olacaq."

Teqlər