Okt 06, 2020 16:16 Asia/Baku
  • Yəmənin cənubunda BƏƏ-nin neft tankeri batıb

Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankeri Yəmənin Əl-Nəüşeymə Limanında bir dəniz minasının dəyməsi nəticəsində partlayıb və batıbdır.

SəhərAzəri Mehr xəbər agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin 500 min barrel neft daşıyan "Syra" tankeri Yəmənin cənubunda yerləşən Şəbva vilayətinin Əl-Nüşeymə limanında üzən bir dəniz minasının dəyməsi nəticəsində partlayıb və batıbdır. 

BƏƏ-nin Yəmənin cənubunda batmış tankeri barədə ətraflı məlumat verilməyib.

Yəmənin nəft məhsulları çatışmazlığı ilə üzləşdiyi bir vaxtda bu ölkənin yanacaq daşıyan tankerlərinin təcavüzkar səud koalisiyası tərəfindən saxlanılması hələ də davam edir.

Teqlər