Dek 05, 2020 05:57 Asia/Baku
  •  “Hizbullaha qarşı bütün ittihamlar yalandır”

Livanın Hizbullah hərəkatı Beyrut limanının bombalanmasında Hizbullahı ittiham edən şəxslərə və KİV-lərə qarşı iddia qaldırdığını açıqlayıb.

SəhərAzəri Əl-Məyadin xəbər agentliyinə istinadən xəbər verir ki, Livan parlamentinin Müqavimətə Sadiqlik fraksiyasının üzvü İbrahim Əl-Musəvi belə bir açıqlama ilə çıxış edib: "Bəzi KİV-lər Beyrut limanının bombalanmasından sonra, ittiham barmağını Hizbullaha yönəltdi. Hizbullah əleyhinə irəli sürülən bütün ittihamlar yalan və dəlillər olmadan idi.
Hizbullaha qarşı ittihamlar biabırçı və dəyərsizdir. Bəziləri Livanı dəstəkləyən dirənişlə yanaşı dağıntıları da istifadə edirlər. Beyrut limanında baş verən partlayışda bizə barmaq göstərən fiziki və hüquqi şəxsləri və medianı məhkəməyə verdik.
Araqızışdırıcı saytlara qarşı iddia qaldırdıq və bizə qarşı ittihamlarının yalan olduğunu sübut edən sənədlərimiz var. Fars Səid və Livan qüvvələrinə bağlı bazaya qarşı məhkəməyə müraciət etdik".
Xatırladaq ki, Beyrut limanında baş verən böyük partlayışa görə Hizbullahı günahlandırsa da, Hizbullah rəsmiləri və hərəkatın baş katibi Seyid Həsən Nəsrullahın açıqlamalarına və bir çox dəlillərinə baxmayaraq, bəzi media və şəxslər heç bir dəlil olmadan böhtanlarına davam edib.

Teqlər