Yan 15, 2021 14:53 Asia/Baku
  • Ənsarullah: “BMT nüamyəndəsi Ər-Riyad və Əbu-Dabi arasında kuryer olub”

Yəmənin Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Salam BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin Ər-Riyad və Əbu-Dabi arasında poçtalyon halına düşdüyünü deyərək, onu zəif fəaliyyətinə görə tənqid edib.

SəhərAzəri xarici medialara istinadən xəbər verir, Məhəmməd Əbdüs-Salam Twitter üzərindən verdiyi reaksiyasında qeyd edib: "BMT-nin nümayəndəsi pis fəaliyyət göstərərək, muzdlu rejimlə razılaşaraq və məqsədlərini və məntiqlərini qəbul edərək, bütün Yəməndəki missiyasını tərk etdi.
Ər-Riyad və Əbu-Dabi arasında koordinasiyalı muzdlular arasında vəhdət yaratmaq üçün poçtalyon oldu".

Keçən həftə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi əvvəlcə Ər-Riyada, daha sonra Ədənə (Cənubi Yəmən) gəlmişdi. Ər-Riyadda Qriffiths Yəmənin istefa verərək, qaçmış xain prezidenti Mansur Hadi və digər rəsmilərlə görüşmüşdü.

Teqlər