Bağdadın mərkəzində partlayış baş verib; 35 ölü, 110 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372301-bağdadın_mərkəzində_partlayış_baş_verib_35_ölü_110_yaralı
Bağdadın mərkəzində bir bazarda baş verən partlayış nəticəsində 35 nəfər şəhid olub, 110 nəfər isə yaralanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 21, 2021 12:41 Asia/Baku
  • Bağdadın mərkəzində partlayış baş verib; 35 ölü, 110 yaralı

Bağdadın mərkəzində bir bazarda baş verən partlayış nəticəsində 35 nəfər şəhid olub, 110 nəfər isə yaralanıb.

SəhərAzəri "İran Press"ə istinadən xəbər verir ki, yerli mənbələr, bu gün Bağdadın mərkəzində yerləşən Əl-Teyran meydanında, həmçinin Bab Əl-Şərqi bölgəsində  iki partlayışın baş verdiyindən xəbər veriblər.

Bağdadın Əməliyyat Komandanlığı bir bəyanatda bildirib ki, Əl-Teyran meydanında partlayış bir kamikadze hücumu nəticəsində baş verib və bir neçə nəfərin həyatına son qoyub. Bəyanatda daha ətraflı məlumat verilməyib.

Bu iki partlayışdan sonra Bağdadın "Yaşıl Zonası" ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və ərazinin bütün əsas giriş darvazaları bağlanıb.