Sionist rejimin Livana qarşı təhdidləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373090-sionist_rejimin_livana_qarşı_təhdidləri_davam_edir
Sionist rejimin müharibə naziri Hizbullahın hücumlarının qorxusundan bir daha təhdidlə bildiribdir ki, Livan şimal cəbhəsində ehtimal olunan hər hansı qarşıdurmanın əvəzini ödəyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2021 11:33 Asia/Baku
  • Sionist rejimin Livana qarşı təhdidləri davam edir

Sionist rejimin müharibə naziri Hizbullahın hücumlarının qorxusundan bir daha təhdidlə bildiribdir ki, Livan şimal cəbhəsində ehtimal olunan hər hansı qarşıdurmanın əvəzini ödəyəcək.

SəhərAzəri xəbər verir ki, Benni Qantz Təl-Əviv başçılarının Livana qarşı puç təhdidlərinin davamında deyib: Əgər şimal sərhədlərində döyüş baş verərsə, çox sayda mülki şəxs zərər çəkəcək və Livan hökuməti onda məsuliyyət daşıyacaqdır.

Qantz həmçinin iddia edib ki, Hizbullah yaşayış məntəqələrində silah və sursat ehtiyat edib və Hizbullahın bu addımının məsuliyyəti də Livan hökumətinin üzərinə düşür.

Belə bir halda, indiyədək Qantzın iddiasını sübut edəcək heç bir fakt və sənəd əldə olunmayıbdır.

Bundan öncə də Avio Koxavi təhdidlə bildirmişdi ki, gələcəkdə ehtimal olunan hər hansı savaş təqdirində, Qəzzədə və Livandakı yaşayış massivləri hədəfə alınacaqlar.

Sionist rejimin 2020-ci ilin avqustunda Dəməşq hava limanına qarşı hücumunda Livan Hizbullahı qüvvələrindən birinin şəhid olduğu zamandan bəri bu rejim Hizbullahın intiqam almasının qorxusundan Livanla sərhəddə öz hərbi iştirakını artırıb və tam hazır vəziyyətdədir.