Erbil Beynəlxalq Hava Limanı hədəf alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373334-erbil_beynəlxalq_hava_limanı_hədəf_alınıb
Xəbər mənbələri xəbər verib ki, Erbil Beynəlxalq Hava Limanı və hava limanındakı ABŞ bazası raketlərin hədəfinə çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2021 14:43 Asia/Baku
  • Erbil Beynəlxalq Hava Limanı hədəf alınıb

Xəbər mənbələri xəbər verib ki, Erbil Beynəlxalq Hava Limanı və hava limanındakı ABŞ bazası raketlərin hədəfinə çevrilib.

SəhərAzəri xəbər verir ki, İraqlı mənbələr, bazar ertəsi gecə saatlarında Erbil Beynəlxalq Hava Limanı yaxınlığında (İraqın şimalında) bir neçə partlayış olduğunu bildiriblər.

Üç minaatan mərmisinin Erbil Beynəlxalq Hava Limanı ətrafına düşdüyü bildirilib.

Verilən məlumata görə bu hücum nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.