Fev 21, 2021 08:05 Asia/Baku
  • Netanyahuya qarşı aksiyalar davam edir

Fələstinin İşğal olunmuş ərazilərinin sakinləri bir daha sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçiriblər.

SəhərAzəri xəbər verir, işğal olunmuş Fələstinin sakinləri dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal altındakı Qüdsdə yerləşən iqamətgahı qarşısında keçirdikləri nümayişdə onun istefasını tələb ediblər.

Aksiyaçılar nümayiş zamanı Netanyahuya qarşı şüarlarla çıxış ediblər.

İşğal olunmuş ərazilər son aylar dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də koronavirusa qarşı mübarizədə zəif əməl etməsinə qarşı aksiyaların şahidi olublar.

Netanyahunun başı son aylarda dörd korrupsiya işinə qarışıbdır. Kütləvi informasiya vasitələrində bu işlər "mininci", "iki mininci", "üç mininci" və "dörd mininci" işlər kimi tanınır.

Teqlər