Fev 23, 2021 13:05 Asia/Baku
  • Netanyahu knesset seçkilərindən sonra mühakimə olunacaq

Sionist rejimin mərkəzi məhkəməsi bu rejimin baş nazirinin məhkəmə iclasının knesset-parlament seçkilərindən sonra keçiriləcəyini bildirib.

SəhərAzəri xəbər verir, sionist rejimin işğal olunmuş Qüdsdə yerləşən mərkəzi məhkəməsi özünün ən yeni qərarında bildirib ki, bu rejimin baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamı ilə mühakiməsi aprel ayında bərpa olunacaq.

Netanyahu rüşvət vermək, dələduzluq və ümumi etimaddan sui-istifadə etmək kimi bir neçə korrupsiya işində ittiham olunur.

Keçən il sionist rejimin baş prokuroru Netanyahuya qarşı cinayət işi açdı və onu korrupsiya, saxtakarlıq və ümumi etimaddan sui-istifadə etmədkə ittihamlandırdı.

İşğal olunmuş ərazilər çoxdandır ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiyalar dalğasının şahididir.

Teqlər