Suriya İsrail rejiminin Dəməşq mühafizəsinə qarşı raket hücumunu dəf etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374514-suriya_İsrail_rejiminin_dəməşq_mühafizəsinə_qarşı_raket_hücumunu_dəf_etdi
Suriya İsrail rejiminin Dəməşq mühafizəsinə qarşı raket hücumunu dəf etdi
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 17, 2021 11:41 Asia/Baku

Suriya İsrail rejiminin Dəməşq mühafizəsinə qarşı raket hücumunu dəf etdi

SəhərAzəri - Suriyanın SANA Xəbər Agentliyi ölkənin hava hücumundan müdafiə sisteminin “Cənub bölgəsi” səmalarında sionist rejimin təcavüzünü dəf etdiyini yazıb.

 Suriya dövlət televiziyası da ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrail rejiminin Dəməşq mühafizəsinə qarşı etdiyi hücuma cavab verdiyini bildirib.

 Əl-Aləm xəbər şəbəkəsi də, hücumda Dəməşq Beynəlxalq Hava Limanını hədəfə alındığını bildirib.

 Reuters isə, İsrail rejiminin ordusunun sözçüsünün Suriya mediasının Dəməşqə edilən raket hücumu ilə bağlı xəbərlərini şərh etməkdən imtina etdiyini də bildirib.

 SANA Suriyanın hava hücumundan müdafiə sisteminin sionist rejimin raketlərini vurduğu anların çıxdığını göstərən videoları da paylaşıb.

 Suriyalı hərbi mənbə dünən (16 mart) axşam İsrail rejiminin qırıcılarının Qolan yüksəkliklərindən Dəməşq mühafizəsindəki hədəflərə raket atdığını və bunun yalnız maddi ziyana səbəb olduğunu söyləyib.