Mart 22, 2021 11:53 Asia/Baku
  • Yəmənlilər Kral Xalid hava limanına qarşı raket hücumu keçiriblər

Yəmən ordusu səudiyyənin cinayətlərinin şiddətlənməsinə və Yəmənin mühasirəsinə cavab olaraq bir daha Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Kral Xalid hava limanını hədəfə alıb.

SəhərAzəri xəbər verir ki, bu hücumdan sonra Ərəbistan hava yolları şirkəti bir bəyanat yayıb və hava limanının uçuşlarında yaranmış təxirlərə görə, müsafirlərdən üzrxahlıq edərək, bildirib ki, bu hadisə aeroport başçılarının iradəsindən kənar olbdur.

Hava hərəkətinə nəzarət mərkəzlərinin görüntüləri də uçuş yollarında xələlin yaranmasından və təyyarələrin Ərəbistan səmasında çaşqın vəziyyətində qalmalarından söz açır.

Təcavüzkar səud təyyarələri özlərinin ən son hücumlarında bu günün səhər saatlarında beş dəfə Yəmənin paytaxtı Səna şəhərini hədəfə alıblar.

Bu hücumlarda Nəhdəyn bölgəsi və Əlnəhzə məhəlləsi hücum hədəflərinə çevriliblər.

Düşmən təyyarələri həmçinin Həccəh vilayətinin Əbəs rayonunun Bəni-Həssən bölgəsini şiddətlə bombalayıblar.

Səud koalisiyasının Yəmənə qarşı savaşı gələn cümə günü yeddinci ilə daxil olacaq.

Teqlər