Apr 16, 2021 00:09 Asia/Baku
  • Livanda mübarək Ramazan ayının ilk günləri

Livanda Allahın ziyafət ayının ilk günləri, yoxsullara yardım etmək üçün ən yaxşı fürsətdir, həmçinin bu günlərdə Qüds və Fələstin məsələsi şəhidinin xatirəsini əziz tutmaq, livanlılar üçün böyük əhəmiyyət daşıyır.

SəhərAzəri xəbər verir ki,Livanlılar bu ayı yoxsullara əl tutmaq, yetimlərə və ehtiyaclılara yardım etmək üçün ən yaxşı fürsət hesab edirlər.

M.M: Hazırkı iqtisadi şəraitdə insanlara yardım etmək üçün ən yaxşı fürsətdir. Müxtəlif məscidlərdə ianələr toplanır və Livanın bütün şiə, sünni və xristian  yoxsullurına paylanır.

Burada Ramazan ayı əvvəldən azadlıq uğrunda ədalət, dözümlülük və müqavimətə çağırışı xatırladır.

Livan Hizbullahnın Siyasi Şurasının üzvü Seyid Sami Xəzra bu haqda deyib: 

M.M: Bu ay özündə bir çox mənanı ehtiva edir,  İmam Xomeyninin (r.ə) mübarək Ramazan ayının sonuncu cümə gününü Qüds Günü adlandırmasına dair misilsiz təşəbbüsü və şəhid Hacı Qasim Süleymaninin hərəkətləri Fələstin məsələsini yaşatdı.

Livanda mübarək Ramazan ayında koronavirusla əlaqədar məhdudiyyətlər bu il dini mərasimlərin daha çox onlayn formada keçirilməsinə səbəb olub.

Ramazan ayı livanlılar üçün təkcə Allahın ziyafət ayı  deyil, həm də ilahi bir iradə və inamın təzahürüdür; Hansı ki, Qüdsi-Şərifin azadlığını vəd edir.

Teqlər