Bin Salmana qarşı tarixi dələduzluq
Tanınmamış bir rəssamın «Davinçinin əsəri» adlı tablosunun satın alınması bu günlər səud vəliəhdini ümumi və xüsusi olaraq hamının qarşısında məzhəkə predmetinə çevirib.
SəhərAzəri xəbər verir ki, Səud vəliəhdi Bin Salmana ən bahalı saxta tablonun satılması Fransa və dünya medialarında olduqca geniş əks-səda doğurub.
Tanınmış italyan rəssam Leonardo Da-Vinçidən dəyərli bir əsər kimi satılan bu tablo əslində Amerikanın Luiziana ştatındakı bir evin pilləkanında vurulmuş tanınmamış rəssam Salvador Mondiyə aiddir.
2005-ci ildə bir peşəkar tacir bu tablonu təkcə bir neçə min dollara satın almış və son dərəcə həssas və dəqiq restavrasiyadan sonra onu Leonardo Da-Vinçinin əsəri kimi hərrac bazarına təqdim etmişdi.
Nəhayət növbə, Bin Salman adında mənsəbpərəst bir müştəriyə çatıb ki, Nyu-Yorkun Kristi hərrac bazarında kənar xərclərin hesablanması ilə bu tablonu astronomik bir rəqəmə- 450 milyon dollara ona sırısınlar.
Fransanın Milli Muzeyinin direktoru bu haqda deyib: "Səudlar vahimədə idilər. Vahimədə idilər ki, istər daxildə, istərsə də xaricdə bu az dəyərli bir tablo üçün belə bir pulun hədər edilməsinə reaksiya versinlər. Əslində 450 milyon dollar zibil qabına atılmışdı".
Heç vaxt hərrac bazarları tarixində bir rəsm əsəri üçün belə bir qiymət ödənilməmişdi.
Bİn Salman daha çox dəyərin verilməsi üçün Fransa rəsmilərindən istəyir ki, bu tablonu Leonardo Da-Vinçinin əsəri kimi Luvr muzeyində və məşhur «Cakondanın təbəssümü» tablosunun kənarında sərgiləsinlər. Lakin Luvr muzeyinin məsul şəxsləri bu tablonun gerçək olmaması və saxta olmasından xəbərdar olaraq, səud vəliəhdinə rədd cavabı verdilər.