Ər-Riyad neft obyektlərini qorumaq üçün Yunanıstana müraciət etdi
Yunanistanlı diplomat Səudiyyə rejiminin enerji obyektində Patriot müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı razılaşmanın sona çatdığını açıqlayıb.
SəhərAzəri: Reuters xəbər verir ki, Yunanıstan və Səudiyyə rejimi Patriot hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi üçün müqavilə imzalayıb.
Sözügedən yunanıstanlı diplomat müqavilənin hər iki tərəfin dünən (20 aprel) Ər-Riyadda imzaladığını qeyd edib.
Yunanistanın xarici işlər naziri Nikos Dendias və müdafiə naziri Nikos Panaqiotopoulos, Səudiyyə rejiminin xarici işlər naziri Faysal bin Fərxan ilə çərşənbə axşamı Ər-Riyadda görüşərək, müqavilə və digər müdafiə məsələlərini müzakirə ediblər.
Dendias Ər-Riyadda verdiyi açıqlamasında Yunanıstan və Körfəz Əməkdaşlıq Şurası ilə bir müqavilə imzaladıqlarını söyləyib.
“Yunanıstanın diplomatik və müdafiə əməkdaşlığı Səudiyyə rejimi ilə güclənir. Bu, ölkəmizə görə Körfəz ölkələri ilə iş birliyimizdə böyük bir inkişafdır”, - deyə o, bildirib.
Müdafiə naziri Panaqiotopoulos isə bunları deyib: “İki ölkə arasında imzalanan müqavilə Yunanıstan və Səudiyyə silahlı qüvvələrinin imkanlarının inkişafı üçün vacibdir. Bu çərçivədə yaxın gələcəkdə Ərəbistan ərazisinə hava qüvvələrimizə aid bir Patriot müdafiə sistemi yerləşdiriləcək və fəaliyyət göstərəcək”.
ABŞ-ın istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi Səudiyyə rejiminin mühüm enerji obyektlərini qorumaq üçün istifadə olunacaq.
Yunanıstanın bu sazişdəki hədəflərindən birinin bölgədəki ərəb ölkələri ilə strateji ittifaq qurmaq olduğu deyilir. Razılaşma Səudiyyə rejiminin personalına təlim keçmək üçün bir qrup Yunanıstan pilotu ilə birlikdə Yunanıstan Hava Qüvvələrinin Patriot PAC-3 raket sistemlərinin yerləşdirilməsini əhatə edir. Missiya epidemiya səbəbindən aylardır təxirə salınmışdı.
Yunanistanın “eKathimerini” qəzeti bu yaxınlarda yazdığı bir məqaləsində belə qeyd etmişdi: “Yunanıstanın Səudiyyə ilə hərbi əməkdaşlığa doğru irəliləməsi ABŞ-ın Fars körfəzi bölgəsindəki hərbi varlığı üçün Afinaya təzyiq göstərməsindən qaynaqlanır”.
Qəzet bəzi məlumatlı mənbələrə istinad edərək, belə yazıb: “Yunanıstan, ABŞ-ın müttəfiqlərinin dənizin ABŞ-ın nəzarətindəki bölgədəki mövcudluğunu gücləndirmək üçün Vaşinqtonun Fars körfəzi sularına bir sualtıqayıq göndərməsi tələbinə iki dəfə cavab verməkdən imtina etdi”.