Apr 25, 2021 11:29 Asia/Baku
  • Sionist rejimin müharibə naziri Qəzzə zolağını hədələdi

Sionist rejimin müharibə naziri Beni Qants Qəzzə zolağı ilə atəş mübadiləsindən sonra bu bölgəni təhdid edib.

SəhərAzəri xəbər verir ki, Beni Qants dünən gecə sionist rejimin Qəzzə zolağı ilə gərgin vəziyyətin dəyərləndirilməsi üzrə təhlükəsizlik iclasından sonra bu təhdidlə çıxış edib.

Qants Qəzzə zolağını sosial, təhlükəsizlik və iqtisadi sahələr cəhətdən hədələyərək, iddia edib ki, müqavimət qrupları üçün parametr tamamilə aydındır.

«Sionist rejim ordusu daha çox gərginliklər seçiminə hazırdır» deyən Qants bildirib: Asayişi qorumaq üçün, görə biiləcəyimiz hər bir işi edəcəyik.

Sionist rejimin xəfiyyə başçıları bu qənaətdədirlər ki, Qəzzə zolağı ilə gərginliklərin artması və son iki gündə, yaxınlıqdakı sionist sakinli bölgələrə qırxdan çox raketin atılması sionist hərbçilərin işğal olunmuş Qüdsdə fələstinlilərlə olan toqquşmaları ilə birbaşa şəkildə əlaqədədir.

Bazar günü səhər saatlarında sionist medialar «Nirim» sionist sakinli qəsəbədə həyəcan siqnalının eşidildiyini xəbər verərək, bildirdilər ki, bir ədəd raket sionist hərbçilərin yerləşdirkləri məkanın yaxınlığına düşübdür.

İşğal olunmuş ərazilərdəki gərginliklər fələstinli gənclərin mübarək ramazan ayının əvvəlindən bəri sionist rejim hərbçilərinin Qüds şəhərində, xüsusən Məsciduləqsanın ətrafında mərasim və toplantıların keçirilməsini əngəlləmələrinə görə, bir neçə dəfə sionist qüvvələrlə toqquşmalarından sonra başlanıbdır.

Teqlər