Bin Salmanın İran ilə əlaqələrin inkişaf etdirilməsi tələbi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376396-bin_salmanın_İran_ilə_əlaqələrin_inkişaf_etdirilməsi_tələbi
Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman, İranın qonşu ölkə olduğunu və Ər-Riyadın Tehran ilə yaxşı əlaqələr qurulmasını ümid etdiyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 09:50 Asia/Baku
  • Bin Salmanın İran ilə əlaqələrin inkişaf etdirilməsi tələbi

Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman, İranın qonşu ölkə olduğunu və Ər-Riyadın Tehran ilə yaxşı əlaqələr qurulmasını ümid etdiyini bildirdi.

SəhərAzəri :Russia Elyomun bildirdiyinə görə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Min Salman etdiyi çıxışda, Ər-Riyadın Tehran ilə yaxşı əlaqələr qurma yolunda bölgə və dünya ölkələri ilə həmkarlıq etdiyini vurğuladı.

İki ölkənin ortaq hədəflərinə toxunan Bin Salman, "İranın rifah içində olmasını və aramızda qarşılıqlı mənfəətlərin olmasını istəyərik" sözlərini dilə gətirdi.

Ölkəsinin Yəməndə atəşkəs razılaşmasını tez-tez pozmasına toxunmaqdan imtina edən Bin Salman, Yəmənin milli qurtuluş hökumətinin atəşkəs razılaşmasını qəbul edərək müzakirə masasına dönməsini gözlədiklərini irəli sürdü.