Məhəmməd Bin Salman İranla əlaqə qurmaqda maraqlıdır
Səudiyyə Ərəbistanının vəliəhdi deyib: "İran bizim qonşumuzdur və Ər-Riyad Tehranla yaxşı əlaqələrin qurulacağına ümid edir.
SəhərAzəri xəbər verir ki, səudiyyə vəliəhdi Məhəmməd Bin Salman qeyd edib ki, Ər-Riyad İranla hər kəs üçün faydalı ola biləcək yaxşı münasibətlərin qurulması üçün bütün region və dünya ölkələri ilə iş aparır.
Bin Salman iki ölkənin birgə hədəflərinə toxunaraq, deyib: "Ər-Riyad İranın çiçəklənmiş bir ölkə olmasını, regin və dünyanın isə inkişaf və çiçəklənməyə doğru hərəkət etməsini istəyir".
Səudiyyə vəliəhdi, Yəməndə atəşkəs razılaşmasının ölkəsi tərəfindən dəfələrlə pozduğuna işarə etmədən, Ər-Riyadın, Yəmənin Milli Qurtuluş Hökumətinin atəşkəs razılaşmasını qəbul edəcəyinə və danışıqlar masasına oturacağına ümid etdiyini iddia edib.
Səudiyyə Ərəbistanı iki ay əvvəl Yəməndə sülh ardınca olduğu iddia edilən bir təşəbbüs irəli sürüb.
Yəmənin Milli Qurtuluş Hökuməti Səudiyyə Ərəbistanının planını qeyri-real və təcavüzkarların artıqtamahlıqlarının təkrarlanması kimi dəyərləndirib və bu ölkədə atəşkəsə doğru ilk addım olaraq, quru və hava hücumlarının dayandırılmasına və Yəmən qarşı 6 illik mühasirəyə son qoyulmasına çağırıb.