HRW: “İsrail rejiminə qarşı sanksiyalar tətbiq etmək lazımdır”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376411-hrw_İsrail_rejiminə_qarşı_sanksiyalar_tətbiq_etmək_lazımdır
Hyuman Rats Votç (Human Rights Watch) təşkilatının 213 səhifəlik hesabatında sionist İsrail rejimi aparteid kimi təsvir edilir. Hesabat, həmçinin Beynəlxalq Cəza Məhkəməsində İsrail rejiminin rəsmilərinin mühakimə olunmasına çağırır. 1978-ci ildən etibarən insan haqları mövzusuna həsr olunmuş Nyu-Yorkda yerləşən Hyuman Rats Votç qeyri-hökumət təşkilatı İsrail rejimini aparteid rejim adlandırıb və rəsmi məmurlarına qarşı sanksiyalar tətbiq edilməsini tələb edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 15:10 Asia/Baku
  • HRW: “İsrail rejiminə qarşı sanksiyalar tətbiq etmək lazımdır”

Hyuman Rats Votç (Human Rights Watch) təşkilatının 213 səhifəlik hesabatında sionist İsrail rejimi aparteid kimi təsvir edilir. Hesabat, həmçinin Beynəlxalq Cəza Məhkəməsində İsrail rejiminin rəsmilərinin mühakimə olunmasına çağırır. 1978-ci ildən etibarən insan haqları mövzusuna həsr olunmuş Nyu-Yorkda yerləşən Hyuman Rats Votç qeyri-hökumət təşkilatı İsrail rejimini aparteid rejim adlandırıb və rəsmi məmurlarına qarşı sanksiyalar tətbiq edilməsini tələb edir.

SəhərAzəri: "Deyerler.org"un Qərbi Asiya KİV-nə istinadən verdiyi xəbərə görə, Qardian və Röyters kimi qərb mediasının xəbərlərinə görə, HRW təşkilatının 213 səhifəlik hesabatı aprelin 27-si yayımlanıb. HRW hesabatına əsasən və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun məzmununu nəzərə alınaraq, sionist rejimi aparteid cinayətləri törətdiyi üçün, qanun və qaydalara görə rejim adlandırıla bilər. Beynəlxalq Cəza Məhkəməsinin tez-tez Roma Statusu olaraq adlandırılan Roma Əsasnaməsi 17 iyul 1998-ci ildə İtaliyanın paytaxtı Romada qurulmuşdur. Roma Konfransına qatılan nümayəndələr insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərini nəzərdən keçirmək üçün daimi beynəlxalq tribunalın yaradılmasına çağırıb. 2019-cu ilin noyabr ayına qədər 123 ölkə məhkəmənin üzvü olub. HRW hesabatında, İsrail rejiminin rəsmilərinin aparteid təşkil etmək və fələstinlilərə qarşı zülm etmək kimi insanlığa qarşı cinayətlər törətdiklərini bildirir. Qardianın bildirdiyi kimi, bu, ilk böyük beynəlxalq insan haqları təşkilatıdır ki, belə ittihamlar səsləndirir. HRW bildirdiyi kimi, təşkilat, onilliklər ərzində dəfələrlə İsrail rejiminin Fələstin xalqı üzərində aparteidə aparan hökmiranlığı barədə xəbərdarlıq edib, bu gün isə, vəziyyət artıq dözülməz səviyyəyə çatıb.