Həmrəylik əlaməti olaraq
"Ənsarullah" hərəkatı İsrailin hücumuna münasibət bildirdi
Yəmənin "Ənsarullah" hərəkatının Siyasi Bürosu yazılı açıqlamasında İsrail rejiminin Qüds və Məscidül-Əqsaya hücumunu qınayıb.
SəhərAzəri Əl-Məyadin televiziyasına istinadən xəbər verir ki, İsrail rejiminin zorakılığı yəmənliləri hiddətləndirib və onlar irqçi rejimin cinayətlərini qınayırlar.
Ənsarullah Hərəkatının isə yaydığı bəyanatda bu ifadələr yer alıb: "Yəmənin münasibəti Fələstin məsələsini dəstəkləməkdir. Yəmən sionist rejimə qarşı fələstinliləri dəstəklədiyini vurğulayır. Yəmənin müxtəlif bölgələrində keçirilən Ümumdünya Qüds Günü yürüşləri bütün yəmənlilərin Fələstin və Qüds məsələsini dəstəklədiklərini və bu məsələni heç vaxt unutmayacaqlarını göstərdi."
Bəyanatda qeyd olunur ki, Yəmən xalqı Fələstin məsələsinin gündəmin əsası olduğunu vurğulayır, bütün ərəb və İslam millətlərini və bütün dünyanın azadlıq sevən insanlarını Qüdsdəki sionist rejimin cinayətlərini qınamağa və Fələstin xalqı ilə müqavimətin yanında olmağa çağırır.