İslam Əməkdaşlıq Təşkilatı İsraili qınadı
İƏT ölkələri İsrail rejimindən barbarlığı dərhal dayandırmağı tələb etdi
İslam Əməkdaşlıq Təşkilatına daxil olan müsəlman dövlətləri İsrail rejimindən Fələstinə və fələstinlilərin mülkiyyətlərinə barbar hücumları dərhal dayandırmağı tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, belə bir bəyanat İƏT ölkələrinin XİN rəhbərlərinin keçirilən təcili onlayn toplantısında qəbul olunub.
"Fələstin torpaqlarını işğal edən İsrail Fələstin xalqına, onun torpaqlarına, müqəddəs məkanlarına qarşı barbar hücumlar həyata keçirir. Biz dərhal bu hücumları dayandırmağı tələb edirik və bunu hərbi cinayət, beynəlxalq hüquq və qanunların pozulması kimi dəyərləndiririk", - deyə bəyanatda bildirilir.
Təşkilata üzv dövlətlər baş verənlərə və yaranmış gərginliyə görə bütün məsuliyyətin İsrail rejimi üzərində olduğunu bəyan edərək İsrail rejiminə qarşı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılmasını tələb edib.
Qeyd edək ki, Azərbaycan da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər sırasındadır.