Ankara-Moskva əlaqələri genişlənir
Türkiyə Suriyada Rusiya ilə həmkarlığı davam etdirəcək
Türkiyənin xarici işlər naziri deyir ki, ölkəsi Suriyada Rusiya ilə həmkarlığı davam etdirəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu dünən Antaliyada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra müxbirlərlə müsahibədə deyib ki, Türkiyə Suriyada siyasi prosesi irəlilətmək və meydan sahəsində asayişin davam etməsi üçün Rusiya ilə həmkarlığı davam etdirəcək.
«Suriyanın durumu, həmçinin Liviya və Əfqanıstandakı son olayları araşdırdıq. Dağlıq Qarabağ məsələsi də/ barəsində danışdığımız digər mövzulardan olub», - Mövlud Çavuşoğlu belə deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da Azərbaycan Respublikasında atəşkəsə nəzarət mərkəzinin fəaliyyətindən razılıq edib və iki tərəfin barışmasını istəyib.
«Biz azərbaycanlılarla ermənilərin bu bölgədə dinc yanaşı yaşamalarını istəyirik»-deyə Lavrov bildirib.
Öz ölkəsindən olan turistlərin Antaliyaya səfəri barədə danışan Lavrov bildirib ki, Rusiya vətəndaşları Antaliyanı səyahət üçün yaxşı bir seçim hesab edirlər.
«Biz gələcəkdə də bu turizmin davam etməsi üçün əməkdaşlıqlarımızı davam etdirəcəyik.
Rusiya xarici işlər nazirliyi vurğulayıb ki, Moskva «Sputnik V» peyvəndinin birgə istehsalı sahəsində Türkiyə ilə həmkarlığa böyük önəm verir.
O, həmçinin iki ölkənin Montreu konvensiyasının icrası sahəsindəki həmkarlığından razılıq edib.