Hizbullah-ın hərbi gücü Həmas-ın gücündən onqat çoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379016-hizbullah_ın_hərbi_gücü_həmas_ın_gücündən_onqat_çoxdur
Sionist rejim ordusunun minimim hazırlıq durumundan nigarançılıq edən bir sionist general deyib ki, Hizbullah-ın atəş gücü Həmas-ın gücündən onqat çoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2021 09:37 Asia/Baku
  • Hizbullah-ın hərbi gücü Həmas-ın gücündən onqat çoxdur

Sionist rejim ordusunun minimim hazırlıq durumundan nigarançılıq edən bir sionist general deyib ki, Hizbullah-ın atəş gücü Həmas-ın gücündən onqat çoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim ordusunun baş qərargah rəisinin sabiq əvəzedicisi Eli Zamir xəbərdarlıq edibdir ki, bu rejim ordusu müxtəlif meydanlarda təhdidlərlə mübarizə üçün yalnız minimum hazırlığa və qabiliyyətlərə malikdir.

Zamir özünün bu vəzifədən çıxarılması mərasimində, sonra deyib ki, sionist rejim ordusu müxtəlif sahələrdən irəli gələn təhdidləri zərərsizləşdirə bilmək üçün kəmiyyət və keyfiyyət himayələrinə ehtiyac duyur.

«Həm döyüş meydanının özündə, həm də sərhəd cəbhəsi boyunca daxili problemlərlə yanaşı, uzunmüddətli, çoxbölgəli və çətin bir savaş aparmağa məcbur ola bilərik. Buna görə, güclü ehtiyat qüvvələrinin təmini, davamlılığı və qətiyyətliliyinə əmin olmalıyıq»-deyə, Eli Zamir bildirib.

«Qəzzəyə qarşı son hücum, elə bir halda həyata keçibdir ki, Hizbullah cəbhəsi sakit idi, amma bilirik ki, bu müqavimət cəbhəsinin atəş gücü Həmas-ın gücündən onqat çoxdur»-deyə, bu sionist general qeyd edib.

Sionist rejiminn «dəmir qübbə» sistemi son on iki günlük savaşda da Fələstin müqavimət qruplarının raketlərinin izinə düşməkdə faydasız olmuşdu.