Avq 08, 2021 14:07 Asia/Baku
  • Sionist rejim qadağan olunmuş silahlardan istifadə edir

Sionist rejimin İordan çayının qərb sahilinin şimalında sionist qəsəbə salması və rasist divar inşası ilə mübarizə heyəti ofisinin müdiri vurğulayıb ki, bu rejim ordusu qərb sahilində fələstinlilərin dinc nümayişlərini yatırmaq üçün beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan və ifrat gücdən istifadə edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Murad Şətivi deyib ki, sionist rejim qərb sahilindəki xalq müqavimətinin genişlənməməsinə çalışır və elə buna görə də, onu yatırmaq üçün hər bir vasitə və silahdan istifadə edir.

Şətivi bildirib ki, sionist rejim hərbçiləri bir çox bölgədə, o sıradan Nabulsda Beyt-Dəcən, Kəfər-Qəddum, Bita və Əlxəlildə Beyt-Əmrdə fələstinliləri yatırmaq üçün belə silahlardan istifadə ediblər.

Bu fələstinli rəsmi vurğualyıb ki, sionist qəsbkarlar bir təhlükənin onlara yönəlmədiyi bir halda, yaxın məsafədən fələstinlilərə atəş açırlar.

Teqlər