Sionist generallar:
"ABŞ-ın keçmişdəki gücü yoxdur; İsrail ABŞ-dan asılılığını azaltmalıdır"
İsrail rejiminin bir sıra yüksək səviyyəli komandirləri və generalları Neftali Bennetə yazdıqları bir məktubda ABŞ-ın keçmişdəki gücünə malik olmadığını vurğulayaraq, ona İsrailin ABŞ-dan asılılığını yenidən nəzərdən keçirməyi tövsiyə ediblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, İsrail rejiminin bir sıra yüksək səviyyəli komandirləri və generalları bu rejimin baş nazirinə yazdıqları açıq məktubda, Əfqanıstandakı son vəziyyəti və Talibanın hakimiyyəti ələ keçirməsini nəzərə alaraq, ona İsrailin ABŞ-ın dünyadakı hegemonluğundan və gücündən asılılığını yenidən nəzərdən keçirmək barədə xəbərdarlıq ediblər.
Məktubda deyilir: "ABŞ-ın Əfqanıstandan geri çəkilməsi və Talibanın sürətlə hakimiyyəti ələ keçirməsi, diplomatiya və hərbi strategiya ilə bağlı hazırkı yanaşmaların uğursuz olduğunu göstərdi".
Bu hərbçilər, həmçinin Benneti, Bayden administrasiyasının Oslo prosesi formulası əsasında Fələstin muxtariyyəti ilə yekun status razılaşmalarını canlandırmaq üçün istənilən planına qarşı çıxmağa və Ağ Evi keçmiş hökumətin yanaşmasının artıq işləmədiyinə inandırmağa çağırıblar.