Sionist rejim qərb sahilində qəsəbə salmağa çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i380635-sionist_rejim_qərb_sahilində_qəsəbə_salmağa_çalışır
Sionist rejim başçıları qərb sahilinin şimalında yerləşən Cenin şəhərində yeni bir qəsəbəsalma mərkəzinin inşasına start veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2021 11:11 Asia/Baku
  • Sionist rejim qərb sahilində qəsəbə salmağ
    Sionist rejim qərb sahilində qəsəbə salmağ

Sionist rejim başçıları qərb sahilinin şimalında yerləşən Cenin şəhərində yeni bir qəsəbəsalma mərkəzinin inşasına start veriblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Sionist rejim başçıları bir qəsəbəsalma mərkəzinin inşasına başlamaq üçün Cenin şəhərinin cənub-qərbinin yaxınlığında yerləşən «Bərtəə» yoxlama-buraxılış postunun yaxınlığındakı bir dağlıq bölgədə konteynerlər yerləşdirməkdədirlər.

Sionist rejimin baş naziri Neftali Bennet bu vəzifəyə keçdikdən sonra bütün qərb sahili bölgələrində sionist qəsəbəsalmanı himayə edəcəyinə söz verdi.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur. Bununla belə, bu rejim fələstinlilərin evlərini dağıdıb, sionist qəsəbələr salmaqla öz hegemonçuluğunu davam etdirir.