Suriyanın HHM qüvvələri sionist rejimin 21 raketini dəf edib
Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi Suriyanın hava hücumundan müdafiə sistemlərinin İsrail rejimi qırıcıları tərəfindən atılan 20-dən çox raketi dəf etdiyini açıqlayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi bildirib ki, sentyabrın 3-də, saat 01:30 radələrində İsrail rejiminin F-15 döyüş təyyarələri, Livanın hava sahəsindən Suriyadakı hədəflərə qarşı 24 idarə olunan raketlə hücum təşkil edib.
Bu mərkəz Suriyanın hava hücumundan müdafiə bölmələrinin, hava hücumundan müdafiə sistemləri ilə 24 raketdən 21-ni məhv edərək, hücumu dəf etdiyini qeyd edib.
Suriyanın "Sana" xəbər agentliyi də cümə günü səhər ölkənin hava hücumundan müdafiə sistemlərinin Suriyanın paytaxtı Dəməşq üzərində düşmən raketləri hədəfə aldığını bildirib.
Sionist rejim hər zaman terrorçuları dəstəkləmək üçün Suriya ordusunun mövqelərini və bu ölkənin infrastrukturlarını hədəf alır.