Sionist komandir “dəmir günbəz” sisteminin uğursuzluğunu etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381604-sionist_komandir_dəmir_günbəz_sisteminin_uğursuzluğunu_etiraf_edib
Sionist rejimin hava hücumundan müdafiə komandiri “dəmir günbəz” sisteminin Qəzzədən atılan Fələstin müqavimətinin uzaq mənzilli silahlarına və raketlərinə tab gətirə bilməyəcəyini etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2021 20:02 Asia/Baku
  • Sionist komandir “dəmir günbəz” sisteminin uğursuzluğunu etiraf edib

Sionist rejimin hava hücumundan müdafiə komandiri “dəmir günbəz” sisteminin Qəzzədən atılan Fələstin müqavimətinin uzaq mənzilli silahlarına və raketlərinə tab gətirə bilməyəcəyini etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin briqada generalı Gilad Biran verdiyi müsahibədə “dəmir günbəz” sisteminin Qəzza tərəfindən atılan zenit raketlərinə qarşı heç bir həll yolu olmadığını söyləyib.

Biran Qəzzədə son 12 günlük müharibə zamanı, bu müdafiə sisteminin səmərəsiz olduğunu əsas gətirərək, müharibə zamanı işğal edilmiş ərazilərə minlərlə raketin atıldığını və hamının qeyd edilən müdafiə sisteminin işləmədiyinin və Təl-Əvivdə yaranan dəhşətin şahidi olduğunu söyləyib.