Sionist rejim başçıları arasında ixtilaf
-
Benyamin Netanyahu
Sionist rejimin sabiq baş naziri Benyamin Netanyahu Naftali Bennetin başçılıq etdiyi bu rejimin nazirlər kabinetinə hücumla onun devrilməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist «Ceruzalem Post» qəzetinin yazdığına görə, Netanyahu knessetin açılış iclasında sionist rejimin hazırkı hökumətini bu rejimin təsis edilməsindən bəri rejimin və sionistlərin təhlükəsizliyi üçün ən təhlükəli nazirlər kabineti adlandırıb.
Sionist rejimin sabiq baş naziri bu rejimin korona xəstəliyi ilə mübarizədəki acizliyinə toxunub və belə deyib: Bennet söz vermişdi ki, baş nazir olarkən korona xəstəliyini aradan götürmək üçün beş həftə ərzində əsaslı dəyişiklik yaradacaq, amma baş verən əsaslı dəyişiklik, təhlükəli bir dəyişiklik idi və rejimi daha da pisləşmək səmtinə sövq etdirdi.
Netanyahu söyləyib: Bennetin kabineti nəinki koronavirusu nəzarətə ala və məğlub edə bilmədi, əksinə İsrail rejiminin varlığı üçün ən böyük təhdid olan İranın nüvə proqramı ilə bağlı bütün hallarda məğlub oldu.