Ər-Riyad İsrail rejimi nümayəndəsinin BMT-nin hesabatını cırmasını alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382727-Ər_riyad_İsrail_rejimi_nümayəndəsinin_bmt_nin_hesabatını_cırmasını_alqışlayıb
Səudiyyə Ərəbistanı Təl-Əvivin BMT-dəki nümayəndəsinin BMT-nin insan haqları ilə bağlı hesabatını cırmasını alqışlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 01, 2021 18:14 Asia/Baku
  • yəmən
    yəmən

Səudiyyə Ərəbistanı Təl-Əvivin BMT-dəki nümayəndəsinin BMT-nin insan haqları ilə bağlı hesabatını cırmasını alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Xəbər Əl-Yəməni" portalının məlumatına görə, BMT-nin insan haqları hesabatına əsasən, sionist rejim və Səudiyyə Ərəbistanı Fələstin və Yəməndə insanlığa qarşı cinayət törətməkdə ittiham olunub.

Hesabatda, Səudiyyə Ərəbistanı və İsrail rejimindən yəmənlilərə və fələstinlilərə qarşı hərbi cinayətlərini dayandırmaları tələb olunub.

Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Abdullah Əl-Müəllimi BMT-nin hesabatının siyasi motivli olduğunu iddia edərək, onu pisləyib.