Həmas-dan sionist rejimə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382761-həmas_dan_sionist_rejimə_xəbərdarlıq
Fələstin islami müqavimət hərəkatı- Həmas dünən gecə sionist rejimə xəbərdarlıq edibdir ki, işğal olunmuş Qüdslə bağlı cinayətkarcasına hərəkətləri ona baha başa gələcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2021 09:54 Asia/Baku
  • Həmas
    Həmas

Fələstin islami müqavimət hərəkatı- Həmas dünən gecə sionist rejimə xəbərdarlıq edibdir ki, işğal olunmuş Qüdslə bağlı cinayətkarcasına hərəkətləri ona baha başa gələcək.

SəhərAzəri-nin məlumatına əsasən,  Həmas-ın baş üzvü Harun Nasirəddin bir bəyanatda bildirib ki, sionist rejimlə problemlərin həlli üçün heç bir seçimdən söz getmir. Fələstinin bütün işğal olunmuş əraziləri xalqımızındır və qəsbkarlar və sionist qəsəbə sakinləri bu bölgələrdən çıxmalıdırlar.

Sionist rejim qərb sahilindən daha çox ərazini qəsb olunmuş ərazirlərə ilhaq etmək üçün sionistsakinli qəsəbələrin tikintisini artırıbdır.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur. Bununla belə, bu rejim fələstinlilərin mənzillərini dağıtmaq və sionistsakinli qəsəbələr salmaqla öz hegemonçuluğunu davam etdirir.