Sionist rejimin baş naziri karantindədir
-
Naftali Benetin
Sionist rejimin baş naziri Naftali Benetin təyyarəsinin sərnişinlərindən birinin Əbu-Dəbi səfərində yoluxmasının təsdiq olunması ilə Bennet özünü karantinə salıb.
SəhərAzəri-nin məlumatına əsasən, «Haarets» qəzeti bildirib ki, koronavirusa yoluxmuş şəxsi daşıyan təyyarədə olan Benet Əbu-Dəbidən Təl-Əvivə qayıdıb.
Sionist rejimin baş naziri Naftali Benetin ofisi xəbər verib ki, baş nazir və təyyarədə olan bütün şəxslər qayıdış təyyarəsində karantinə salınacaq və onlardan koronaya yoluxma testi alınacaq.
Sionist rejimin səhiyyə nazirliyi dünyada koronanın omikron ştammının yayılmasına görə, bu rejim amillərinin səfərləri üçün qadağan olunan qırmızı ölkələrin siyahısını genişləndirmək fikrindədir.
Naftali Benetin əmirliklərə səfəri sionist rejimin baş nazirinin bu ərəb ölkəsinə olan ilk səfəridir. Əmirliyin məsul şəxsləri Donald Trampın Amerikada prezident olduğu zamanda sionist rejimlə münasibətləri adiləşdirmək üzrə saziş imzaladılar.