2000-ci ildən bəri 2 min fələstinli uşaq şəhid olub
Dek 18, 2021 17:41 Asia/Baku
-
2000-ci ildən bəri 2 min fələstinli uşaq şəhid olub
Sionist rejim qüvvələri 2000-ci ildən bəri iki min fələstinli uşağı şəhid ediblər.
Fələstinli uşaqları müdafiə üzrə beynəlxalq təşkilatın direktoru Xalid Kermez bir hesabatda yazıb ki, 2021-ci il 2014-cü ildən bəri fələstinli uşaqlar üçün ən pis il olub. Belə ki, sionist rejim məmurları və sionist qəsəbə sakinləri bu ildə İordan çayının qərb sahilində, Qüdsdə və Qəzzə zolağında səksən altı fələstinli uşağı şəhid ediblər.
Kermez əlavə edib ki, bu uşaqlardan 67 nəfər on iki günlük Qəzzə zolağı müharibəsində şəhid olub.