Sionist rejimə qarşı kiberhücum; 3 milyon nəfərin məlumatı satışa çıxarılıb
-
kiber hücum
Bir haker qrupu iki sionist şirkətin internet saytına qarşı kiber hücum təşkil edərək bu şirkətlərin 3 milyon istifadəçisinin şəxsi məlumatlarını əldə etdiyini iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Aləm telekanalının məlumatına görə, "Sharp Boys" haker qrupu bazar günü bir tvitdə istifadəçilərin adları, əlaqə nömrələri, elektron poçtları və parollarının yer aldığı bu məlumatı 300 min dollara satdığını açıqlayıb.
Haker qrupu ixrac sahəsində fəaliyyət göstərən Lamtayel şirkəti və yürüş idmanı məhsulları satan Tioli şirkətinin saytlarından 500 giqabaytlıq məlumat əldə etdiyini bildirib.
Sionist rejimin bir media orqanı da bildirib ki, Lamtayel şirkəti şübhəli fəaliyyət fəaliyyət gördükdən sonra öz saytına girişi bağlayıb və Tioli şirkəti də müvəqqəti olaraq saytını bağlayıb.
Bundan əvvəl media mənbələri ABŞ nazirlikləri ilə yanaşı, sionist şirkətlərə də kiberhücum edildiyini və bu hücum zamanı bu rejimin "Ben Qurion" Universitetinin hədəfə alındığını bildiriblər.