Yəmən qüvvələrinin geniş qələbələri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384284-yəmən_qüvvələrinin_geniş_qələbələri
Yəmən Ali İnqilab Komitəsinin rəisi bu ölkə ordusunun təcavüzkar səud koalisiyasının ünsürlərilə döyüşlərdəki yeni nailiyyət və qələbələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2021 08:58 Asia/Baku
  • Yəmən qüvvələri
    Yəmən qüvvələri

Yəmən Ali İnqilab Komitəsinin rəisi bu ölkə ordusunun təcavüzkar səud koalisiyasının ünsürlərilə döyüşlərdəki yeni nailiyyət və qələbələrindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Əli Əlhusi deyib ki, Yəmənin müqavimət qüvvələri son həftələr ərzində Marəb şəhərində təcavüzkar səud koalisiyasının tabeliyində olan ünsürlərlə döyüşlərdə mühüm nailiyyətlər əldə ediblər.

Əlhudi bildirib ki, səud başçıları, eləcə də onların müttəfiqləri Yəmənə qarşı təcavüzkar koalisiya çərçivəsində, heç bir vəchlə Yəmənin müqavimət qüvvələri tərəfindən bu kimi nailiyyətlərin reallaşacağını gözləmirdilər.

Ötən günlər ərzində Yəmənin ordusu və xalq komitələri səud koalisiyasının tabeliyində olan qüvvələrin Marəb vilayətinin cənubunda yerləşən sonuncu bazalarına yiyələnməyə müvəffəq olublar.

Son aylar ərzində Yəmənin ordusu və xalq komitələri Marəb vilayətində şimal, cənub və qərb istiqamətlərindən təcavüzkar səud koalisiyası qüvvələrinə qarşı mühasirə halqasını daraldıb və hal-hazırda Marəb şəhərinə doğru irəliləməkdə davam edirlər.