Ərəbistanın hərbi xərcləri artıb
-
Ərəbistan
Ərəbistanın hərbi sənaye təşkilatının rəisi Ərriyadın müdafiə sənayesində iqtisadi müstəqilliyə çatmaq üzrə səylərinə təkidlə ölkəsinin hərbi xərclərinin 2030-cu ilədək əlli faizlik artımından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Ərriyad ötən illər ərzində büdcə çatışmazlığı ilə üzləşibdir ki, onun başlıca səbəbi, koronavirus epidemiyası, iqtisadi böhran və neft qiymətindəki səbatsızlıq olub. Amma bu ölkə iqtisadiyyatını dağılma riski altına qoyan əsas səbəblərdən biri, Ərəbistanın 2015-ci ildən bəri davam edən Yəmənə qarşı yorucu və əlbəttə ki, nəticəsiz müharibəsidir.
Ərəbistanın ağır hərbi texnika alqılarında əsas məqsədi, Qərb güclərinə söykənməklə bu ölkəyə hakim kəsilmiş sistemi qorumağa səydir.
Ərəbistanın hərbi sənaye təşkilatının rəisi Əhməd Əlvəhli bildirib ki, hərbi-təhlükəsizlik sənayesini milliləşdirməyə davam edən Ərəbistan 2030-cu ilədək öz hərbi xidmətləri və təchizatları üçün hərbi xərcləri əlli faiz artıracaq.