Mart 16, 2022 12:51 Asia/Baku
  • PUA
    PUA

İvrit dilli mənbələr, sionist rejim ordusunun İranın PUA hücumu qorxusundan döyüş hazırlığı vəziyyətini davam etdiidiyini bildirir.

SəhərAzəri-nin məlumatına əsasən, "İSNA"nın məlumatına görə, ivrit dilində dərc edilən mənbələr bildirirlər ki,  sionist rejim ordusu, Suriyaya son hücumlarına və SEPAH-ın iki üzvünün şəhid edilməsinə cavab olaraq, İranın pilotsuz uçan aparatlarının zərbələri qorxusundan hələ də yüksək hazırlıq vəziyyətindədir. 

Sionist mənbələr bazar ertəsi günü də bu rejimin dövlət qurumlarına kiber hücumdan xəbər verib və bu rejimin nazirliklərinin bütün internet saytlarının fəaliyyətini dayandırdığını bildirib.

Qeyd etmək lazımdır ki, kiberhücumlar müharibə üçün güclü və ucuz bir varianta çevrilib və sionist rejimin bu sahədəki boş ehtişamını alt-üst edib. 

Teqlər