MOSSAD rəisinin məlumatları hak edilib
Sionist rejim nazirliklərinə qarşı ən geniş kiberhücumlardan təkcə bir neçə gün sonra ibri mənbələri xəbər veriblər ki, naməlum bir qrup MOSSAD rəisinin məlumatlarını sındırmağa müvəffəq olub.
Sionist mənbələr ötən aylar ərzində işğal olunmuş ərazilərdə mühüm şirkətlərə qarşı bir neçə kiber hücumu barədə məlumatlar yayıblar.
Müxtəlif qrupların sionist rejimin infrastrukturlarına qarşı kiber hücumları və onların həyati məlumatlarını əldə edib, bu məlumatları yaymaları həmin rejimin puç kiber əzəmətinin çökməsinə gətirib çıxarıbdır.
İbridilli medialar dünən axşam saatlarında sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın rəisi David Barneanın informasiyalarının böyük ehtimala qarşı sındırılmasından xəbər veriblər.
«Açıq əllər» adlı haker qrupunun son zamanlar bir teleqaram kanalında yaydığı video-çarxda MOSSAD rəisinin gizli sənədləri, şəxsi məlumatları və maliyyə hesabatları ifşa olundu.
Bundan öncə «Musanın əsası» adlı haker qrupu sionist rejim ordusu üçün hərbi silahlar istehsalı sahəsində fəaliyyət göstərən «Rafael» şirkətinin kameralarının, həmçinin işğal olunmuş Fələstinin küçələrindəki qapalı kameraların uğurla sındırılmasından xəbər vermişdi.