Mart 27, 2022 18:32 Asia/Baku
  • İraq prezidenti siyasi blokadalar barədə xəbərdarlıq edir və dialoqa çağırır

İraq prezidenti yeni prezidentin seçilməsi üçün kvorumun olmamasından narahatlığını bildirib.

"İRNA"nın məlumatına görə, Bərhəm Saleh şənbə günü etdiyi çıxışında bütün tərəfləri siyasi böhrandan çıxmaq üçün vətənpərvərlik ruhunda ciddi dialoq aparmağa çağırıb.

Saleh əlavə edib ki, ölkənin üzləşdiyi ağır çağırışlar fonunda siyasi çıxılmaz vəziyyətin davam etməsi qəbuledilməzdir, çünki növbədənkənar seçkilərin keçirilməsi özlüyündə məqsəd deyil, daha çox islahatlar, siyasi və sosial sabitliyin təmin edilməsi, ölkədə ümumi şəraitin yaxşılaşdırılması və iraqlıların tələblərinə cavab vermək vasitəsidir

"Bu gün siyasi qüvvələr həlledici ümummilli sınaq qarşısındadırlar və ölkədəki çətin vəziyyət və indiki incə şərait mövcud böhrandan çıxmaq üçün hər kəsin üzərinə tarixi məsuliyyət və müstəsna bir iş qoyur", - deyə İraq prezidenti bildirib.

İraq parlamentinin ölkə prezidentinin seçilməsi ilə bağlı iclası şənbə günü keçirilməli idi, lakin kvorum olmadığı üçün bu iclas çərşənbə gününə təxirə salınıb.