Apr 08, 2022 11:38 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejim ordusunun müxtəlif qüvvələrinin tabeliyində olan komando və xüsusi təyinatlı bölmələr fələstinlilərin dünən gecə keçirdikləri müqavimət əməliyyatının ardınca Təl-Əvivə çağırılıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim mediaları bildiriblər ki, bu çağırış cümə axşamı günü gecə Təl-Əvivə qarşı keçirilmiş müqavimət əməliyyatı amillərinin axtarışında iştirak üçün həyata keçirilib. Çağırış, sionist rejimin bütün xüsusi təyinatlı qüvvələrinə təlim keçən «Lüter» bölməsilə yanaşı, bu rejimin «Şeldaq» hava qüvvələri komandoları və sionist rejim ordusunun «Sayeret Matkal» xüsusi təyinatlı kəşfiyyat bölməsinə şamil olur.

Sionist medialar cümə axşamı günü gecə xəbər verdilər ki, gecə klublarının yerləşdikləri Təl-Əvivin Dizenqof küçəsində atışma nəticəsində iki sionist ölüb, on altı nəfər də yaralanıbdır.

Sionist rejimin ordusu və polisi indiyədək bu müqavimət əməliyyatının amili və ya amillərindən bir əsər-əlamət tapa bilməyiblər.

Dizenqof küçəsindəki atışmanın ardınca Təl-Əvivin mərkəzinə doğru ictimai nəqliyyat xidmətləri dayandırılıb.

Məlumatlara əsasən, sionist rejimin polis qüvvələrindən mindən çox nəfər Təl-Əvivdə atışma amili və ya amillərinin tapılması üzrə axtarışa başlayıb.

Son günlər ərzində fələstinlilərin Təl-Əvivin içərilərinədək anti-sionist əməliyyatlarının artması, sionist rejim başçıları və sionist qəsəbə sakinlərində qorxu və nigarançılıq hissi yaradıb.

Sionist medialar bundan qabaq xəbər vermişdilər ki, sionist rejimin hərbi başçıları fələstinlilərin müqavimət əməliyyatlarının qorxusundan qəsb olunmuş Qüdsə iki yüz xüsusi təyinatlı qüvvə göndəriblər.

 

Teqlər