Apr 11, 2022 20:18 Asia/Baku
  • İsrail hərbçilərinin ABŞ-ın bölgədəki bazalarında gizli mövcudluğu

Artıq bir müddətdir ki, sionist rejim uçuş və casusluq texnikasının bir hissəsini hərbi ekspertləri ilə birlikdə regionun bir sıra ölkələrində ABŞ bazalarında yerləşdirib və onlar Amerika qüvvələrinin pərdəsi altında öz missiyalarını yerinə yetirirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Həmçinin regionun bəzi ölkələrindəki ABŞ bazalarında sionist rejimin uçuş və casusluq avadanlığının olması ilə bağlı səhra məlumatlarını təsdiqləyən dəqiq vizual sənədlər də var.

Sionist rejimin gizli ekspertlərinin iştirak etdiyi ölkələrin yüksək rütbəli rəsmiləri sionist rejim hərbçiləri və kəşfiyyatının öz ölkələrində mövcudluğundan xəbərdardırlar, lakin susmağa üstünlük verirlər.

Bu regional mövcudluğun vacib məqamı İranla sıx əlaqələri olan bəzi region ölkələrində İsrailin gizli hərbi və kəşfiyyat agentlərinin yerləşdirilməsidir.

Sionistlərin əsas məqsədi İran İslam Respublikasının bazaları və həssas nöqtələrindən birbaşa casusluq etmək və məlumat toplamaqdır.

Teqlər