ABŞ ordusu Suriyanın şərqində ekoloji fəlakət yaradıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387963-abŞ_ordusu_suriyanın_şərqində_ekoloji_fəlakət_yaradıb
Sputnik informasiya agentliyi bu gün bir məlumatda bildirib ki, amerikanlar Suriyanın şərq bölgələrindən neft oğurlamaqla sakinlər üçün ekoloji çirklənmələr yaradıb,/ onların həyatını təhlükəyə salıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2022 06:54 Asia/Baku
  • ABŞ ordusu
    ABŞ ordusu

Sputnik informasiya agentliyi bu gün bir məlumatda bildirib ki, amerikanlar Suriyanın şərq bölgələrindən neft oğurlamaqla sakinlər üçün ekoloji çirklənmələr yaradıb,/ onların həyatını təhlükəyə salıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Sputnik bu məlumatda qeyd edibdir ki, Amerika ordusu hal-hazırda Suriyanın şərqindəki 360 quyudan neft çıxarır.

Belə bir halda, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar bildirmişdi ki, Amerika qanunsuz surətdə Suriyanın şimalı və şərqindəki neft yataqlarından ayda otuz milyon dollardan çox neft çıxarır.

Son vaxtlar bir çıxışda Amerikanın Suriyadakı iştirakının qanunsuz olduğunu vurğulayan Suriyanın xarici işlər naziri Feysəl Əlmiqdad amerikalı işğalçılardan təcili surətdə Suriya ərazisini tərk etmələrini istəmişdi.

Amerika Suriyadakı terror qruplarının əsas himayədarlarındandır.