May 12, 2022 16:18 Asia/Baku
  • Dünya ictimaiyyəti hərəkətə keçməlidir

İraq Milli Hikmət cərəyanının rəhbəri bir müraciətdə Əlcəzirə telekanalı müxbirinin sionist rejim tərəfindən terror edilməsi əməliyyatını pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilinin şimalında yerlşən Cenin düşərgəsinə basqın zamanı Əlcəzirə telekanalının fələstinli müxbiri Şirin Əbu-Aqiləni əynində jurnalist jiletinin olmasına rəğmən, şəhid etdi və bu telekanalın prodüseri Əli Əlsəmudini yaraladılar.

Regiondakı müxtəlif tərəflər sionist rejimin bu cinayətini geniş miqyasda pisləyiblər.

İraq Milli Hikmət cərəyanının rəhbəri Seyid Əmmar Həkim deyib: Bu hadisənin Əlcəzirə telekanalı müxbirinin işğalçı qüvvələrin mühasirəsi altında olan Cenin düşərgəsində öz peşə məsuliyyətini yerinə yetirərkən/ onun hərəkətlərinin dəqiq şəkildə izlənilməsi və israrla baş verməsi, təəccübə səbəb olub. Bu, hadisə amillərinin cinayətləri və vəhşiliklərinin böyüklüyünü təsdiq edir.

İraq Milli Hikmət cərəyanının rəhbəri dünya ictimaiyyətindən, həmçinin dünyadakı humanitar və hüquqi orqanlardan istəyibdir ki, bu rəftarların durdurulması istiqamətində tədbir görüb, müxbir və jurnalistlərin fəaliyyətləri üçün təhlükəsiz bir mühit yaratsınlar ki, onlar təhlükə, təcavüz və qorxudan uzaq bir şəraitdə hadisələri işıqlandıra və informasiyaları ötürə bilsinlər.

Teqlər