Sionist rejim Hizbullahdan qorxur
Sionist rejim ordusu Livan Hizbullahının xəbərdarlıqlarından nigaran olduğuna görə, özünün bir neçə hava hücumundan müdafiə sistemini işğal olunmuş Fələstinin mərkəzində- Təl-Əvivin ətrafında yerləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən bazar günü Livanın dəniz zonasına təcavüz edən sionist rejim Aralıq dənizində bir qaz platforması yerləşdirdi. Bu rejim Kariş qaz platformasını quraşdırmaqla ondan qaz kəşfiyyatı və istismarında istifadə etmək niyyətindədir. Təl-Əvivin bu hərəkəti livanlı rəsmilərin kəskin reaksiyaları ilə üzləşib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da cümə axşamı günü axşamçağı bir çıxışda deyibdir ki, Təl-Əviv tərəfindən hər hansı ağılsızlıq, sionistlər üçün mövcudluq təhdidi ilə müşayiət olunacaq.
Bu hadisələrin ardınca Livanda çıxan Ələxbar qəzeti dünən sionist rejimin hava hücumundan müdafiə sistemlərinin Təl-Əviv və Hayfada yerləşdirilmələri və bu rejim ordusunun hazır vəziyyətə gətirilməsindən xəbər verdi.
Seyid Həsən Nəsrullahın cümə axşamıgünkü çıxışından sonra ibridilli «Kan» telekanalı bir reportajda yazdı ki, bu rejim ordusu Hizbullahla ehtimal olunan toqquşma təqdirində, müxtəlif təhlükəsizlik ssenarilərilə mübarizə aparmağa hazırlaşıbdır. Bəzi dairələr isə sırf hazır vəziyyətdə olmağı yetərsiz hesab edirlər.