Sionist rejimin cinayəti öz təsdiqini tapır
“Washington Post” Əbu-Aqilənin qətlində birbaşa İsraili ittiham edib
“Washington Post” qəzeti Şirin Əbu-Aqilənin qətlində birbaşa İsraili ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, “Washington Post” qəzetinin Qüdsdəki baş redaktoru Əl-Cəzirə telekanalına müsahibəsində bu telekanalının jurnalisti Şirin Əbu Aqilənin işğal olunmuş Fələstində şəhid edilməsi ilə bağlı araşdırma barədə məlumat verib.
Qəzetin baş redaktoru deyib: "Onun necə öldürülməsi ilə bağlı araşdırmamız bu cinayətlə bağlı ifadə verənlərin bütün dediklərini təsdiqləyir."
Washington Post redaktoru əlavə edib: "Biz xüsusi araşdırmalar apardıq, onun necə öldürüldüyünü araşdırdıq, bütün hesabatları, şahidlərin ifadələrini təhlil etdik. Araşdırmamız bu hadisə zamanı guya bir fələstinlinin Şirin Əbu Aqiləni vurmasını və İsraillə fələstinlilər arasında atışma olması ilə bağlı fərziyyəni təkzib edir."
O, həmçinin bildirib ki, bütün dəlillər işğalçı İsrail tərəfinin Əbu Aqilənin şəhadəti ilə bağlı açıqlamalarının həqiqətə uyğun olmadığını göstərir.