İyul 10, 2022 17:24 Asia/Baku
  • Sionist
    Sionist

Sionist qəsəbə sakinləri İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərində fələstinlilərə hücum edib, onlardan bir neçəsini yaralayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, «Krayat Arba» qəsəbəsinin sionistləri şənbə günü gecə sionist hərbçilərin himayəsilə Əlxəlilin şərqində yerləşən Cabir məhəlləsinə basqın ediblər. Onlar bu məhəllədə şüar verib, daş atmaqla fələstinlilərin avtomobillərinə ziyan vurublar.

Məlumatda əlavə olunub: Sionist hərbçilər də səs qumbaları atıb, gözyaşardıcı qaz buraxmaqla bir qrup fələstinliyə zərər yetiriblər.

Bu hücumun fonunda qeyd edək ki, sionist rejimin məhdudiyyətlərinə rəğmən, şənbə günü on minlərlə fələstinli Qurban bayramı namazını Məscidüləqsada qılıb.

Əlxəlilin meri Tisir Əbu-Səninə bildirib ki, sionist rejimin məhdudiyyətlərinə rəğmən, İbrahim hərəmində Qurban bayramı namazının qılınması, işğalçıların İbrahimi məscidinin ərazisini yəhudiləşdirmək və onun özəlliklərini dəyişdirmək üzrə planlarına vurulan ən böyük zərbədir.

 

Teqlər