Müqtəda əs-Sədr və İraqdakı iğtişaşlar
Sədr Cərəyanının ambisiyaları İraqı fəlakətə sürükləyir - TƏHLİL
Dünəndən İraq proqnozlaşdırıla bilən bir hadisə ilə üzləşdi: Sədr Cərəyanının lideri Müqtəda əs-Sədrin siyasi davranışı nəticəsində İraqı gərginlik və qarşıdurma bürüdü.
SəhərAzəri-nin məlumatına əsasən, avqustun 29-da İraq şiələrinin nüfuzlu ruhanisi Ayətullah Seyid Kazım Hüseyni Hairi verdiyi açıqlamada fiziki qüsur və xəstəlik səbəbilə şiələrin mərcəiyyətindən geri çəkildiyini açıqlayıb. Sədr tərəfdarlarının böyük bir hissəsinin təqlid mərcəyi olan Ayətullah Hairi öz bəyanatında Müqtəda əs-Sədrin İraqda xaos və gərginlik yaratma hərəkətlərini üstüörtülü şəkildə tənqid edib və deyib: “Hər kəs Sədrin iki şəhidinin adından istifadə edərək İraq xalqı arasında nifaq salmaq istəyirsə, o, sədrilərdən deyil”.
Bu bəyanat Müqtəda əs-Sədrin dərhal reaksiyası ilə qarşılandı və Sədr Cərəyanının lideri Ayətullah Hairini sərt tənqid edən bəyanatında İraqın siyasi səhnəsindən geri çəkildiyini elan etdi. O, keçmişdə də bir neçə dəfə siyasətdən ayrıldığını açıqlayıb, amma heç vaxt buna əməl etməyib.
İraqdakı son son iğtişaşlarla bağlı iki məqam daha çox diqqət çəkir:
Hər şeydən əvvəl; Müqtəda əs-Sədrin İraqın siyasi atmosferini xaosa və gərginliyə doğru aparacağı artıq əvvəlcədən məlum idi. Onun ötən iyun ayında siyasi fəaliyyətdən uzaqlaşması da faktiki olaraq siyasi proseslərin dalana dirənməsinə imkan verməmək məqsədi ilə deyil, rəqiblərə təzyiq göstərmək və küçə nümayişləri faktorundan istifadə edərək yeni siyasi nizamın formalaşmasının qarşısını almaq məqsədi daşıyırdı.
Son həftələrdə Parlamentə və Ali Məhkəməyə hücum da eyni istiqamətdədir, çünki Sədr hərc-mərclik yolu ilə öz maraqlarını daha asan əldə edilə biləcəyini düşünür. 29 avqust bəyanatında Sədr İraqın siyasi səhnəsindən çəkildiyini bəyan etsə də, tərəfdarlarından etiraz və iğtişaşlara yol verməməyi xahiş etmədi. Başqa sözlə, Sədrin bəyanatı dolayısı ilə İraqda xaosa və anarxiyaya çağırır.
İkincisi, ən azı son bir həftədə Sədr İraqda elə davrandı ki, praktiki olaraq siyasi müttəfiqlərini itirdi. Ali Məhkəmə Şurasına hücum və 2003-cü ildən İraqda hakimiyyətdə olan bütün siyasi cərəyanların istefasını tələb edən yeni təşəbbüs kürd müttəfiqlərinin və sünnilərin Müqtəda əs-Sədrin cərəyanını tənqid etmələrinə səbəb olan iki əsas amildir. Bu istiqamətdə Ayətullah Hairinin Sədri tənqid etməsi də ona qarşı təzyiqləri artırdı və o, özünü əməlli-başlı zəif və məğlub bir vəziyyətdə gördü ki, bu da Sədr üçün məqbul deyil.
Və nəhayət 29 avqustda başlanan iğtişaçlar və İraqın daxili qarşıdurmalar səhnəsinə çevrilməsi İraqın rəsmi qrupları və şəxsiyyətləri, o cümlədən Sədrin keçmiş müttəfiqləri tərəfindən qınaq obyektinə çevrilib və yalnız buraxılmış Bəəs Partiyası və azğın qruplaşmalar kimi tanınan azğın qüvvələr, həmçinin İŞİD terror təşkilatının qalıqları üçün məqbul vəziyyət yaranır və terror qruplaşmaları yaranmış boşluqdan faydalana bilərlər.
Şübhə yoxdur ki, küçə nümayişləri və iğtişaşlara israr etmək İraq xalqının Sədr Cərəyanının siyasi inadının əsas qurbanına çevrilməsinə səbəb olmaqla yanaşı, heç bu cərəyanın maraqlarını da təmin etmir və hətta İraqın ərazi bütövlüyünə ciddi təhlükə yaradır.