Bəzi Qərb tərəfləri Həniyyənin Moskva səfərinə mane almağa çalışıb
Nümayəndə heyətinin başçılığı ilə Moskvaya səfər etmiş HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri bəzi Qərb tərəflərinin bu səfərin qarşısını almaq cəhdlərindən xəbər verib.
HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ötən şənbə günü Moskvaya gəlib.
İsmayıl Hənniyə "Rusiya Əl-Youm" telekanalına müsahibəsində deyib ki, bəzi Qərb və Avropa tərəfləri HƏMAS hərəkatını Moskvaya gəlməkdən çəkindirməyə çalışıblar.
Həniyyə Fələstin nümayəndə heyətinin Rusiya paytaxtına səfərinin nəticələrindən məmnun olduğunu vurğulayıb və Qərbi Asiya ilə bağlı bir sıra məsələlərdə qərarların əldə edildiyini qeyd edib.
Həniyyə sözlərinin davamında bildirib ki, "Fəth" hərəkatındakı bəzi tərəflər, eləcə də bəzi xarici tərəflər barışığa mane olur, amma Əlcəzair ərəb sammiti öncəsi Fələstin qruplarını bir araya gətirməyə çalışır.