Bin Salman Ukraynaya 400 milyon dollar yardım vəd edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i394104-bin_salman_ukraynaya_400_milyon_dollar_yardım_vəd_edib
Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar humanitar yardım vəd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2022 15:55 Asia/Baku
  • Bin Salman Ukraynaya 400 milyon dollar yardım vəd edib

Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar humanitar yardım vəd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd Bin Salman yardım vədini oktyabrın 14-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı verib.

Eyni zamanda prezident Zelenski də Bin Salmanla söhbətin bəzi təfərrüatlarını açıqlayıb və deyib: "Söhbət zamanı Səudiyyə vəliəhdi ilə ukraynalı hərbi əsirlərin azad edilməsində əməkdaşlıq etmək maliyyə yardımı göstərmək barədə razılığa gəliblər. 

Ukraynada müharibənin başlanmasından 8 aydan çox vaxt keçir və bəzi ölkələr Ukraynaya siyasi dəstək və silah verməklə müharibəni uzatmağa, qan tökülməsini davam etdirməyə çalışırlar.