Noy 05, 2022 21:05 Asia/Baku
  • Sionist rejim mediası bu rejimin yaxın 25 ildə məhv olacağını etiraf edib

Sionist rejimin apardığı bir rəy sorğusunun nəticələri göstərir ki, sionist qəsəbə sakinlərinin üçdə biri hərbi xidmətdən imtina edir və 25 ildən sonra İsrailin mövcud olmayacağına inanırlar.

SəhərAzəri-nin məlumatına əsasən, işğalçı qurumdakı gənclər hərəkatı koalisiyasının keçirdiyi və sionist rejimin 12-ci telekanalının yayımladığı rəy sorğusunun nəticələrinə görə, israilli gənclərin üçdə biri orduya cəlb olunmaq istəmir və kanal hesab edir ki, bu məlumatlar təhlükəlidir və ürək parçalayandır. 

Sionist rejimin 12-ci telekanalının siyasi məsələlər üzrə analitiki Amnon Abromovit bununla bağlı deyib: "İsrail-dəki gənclərin üçdə biri İshaq Rabini kimin öldürdüyünü bilmir, bundan da pisi, israilli gənclərin üçdə biri əsgərliyə getmək istəmir və daha təhlükəli olan budur ki, qəsəbə sakinlərinin üçdə biri İsrailin 25 ildən sonra mövcud olacağına inanmır".

Teqlər